Modern.az

Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb

Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb

30 May 2024, 17:23

ABŞ-nin Çikaqo şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.

 

Şəhərin məşhur “The Daley Center” inzibati-ictimai mərkəzində baş tutan bayraqqaldırma mərasimi Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə həyata keçirilib.

 

Hər il olduğu kimi bu il də Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb.

 

Bayraqqaldırma mərasimi şəhər əhalisinin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycan haqqında məlumat verilib.

 

Qeyd edək ki, Azərbaycan bayrağı gün ərzində Çikaqo meriyasının qarşısındakı  “The Daley Center”də dalğalanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri