Modern.az

Marneulidə ilk dəfə MMA döyüşləri üzrə turnir keçirilib - FOTOLAR

Marneulidə ilk dəfə MMA döyüşləri üzrə turnir keçirilib - FOTOLAR

5 İyun 2024, 11:40

Gürcüstanda fəaliyyət göstərən "Azərbaycan Evi"nin rəsmi tərəfdaşlığı ilə Marneulidə ilk dəfə MMA döyüşləri üzrə turnir keçirilib.

 

Modern.az xəbər verir ki, çempionatda Tbilisi, Rustavi, Batumi şəhərlərindən 14 nəfər MMA döyüşçüsü birincilik uğrunda mübarizə aparıb.

 

Ümumilikdə 7 döyüş keçirilib. Qalib olanlar Gürcüstan çempionatına vəsiqə qazanıblar. Qeyd edək ki, "Azərbaycan Evi"nin idman arenasında baş tutmuş yarışlara Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin nümayəndəsi Qiorqi Qodabrelidze, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli bələdiyyəsinin sədri Amiran Qiorqadze, "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov və digər rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri tamaşa ediblər.

 

Marneulidə ilk dəfə MMA döyüşləri üzrə turnir keçirilib - FOTOLAR

Marneulidə ilk dəfə MMA döyüşləri üzrə turnir keçirilib - FOTOLAR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi