Modern.az

“Jerusalem Post”: Vardanyan sülh prosesinin əleyhinədir

“Jerusalem Post”: Vardanyan sülh prosesinin əleyhinədir

5 İyun 2024, 15:26

Ruben Vardanyan Ermənistan siyasətində sərt xətt tərəfdarıdır və ölkəsi ilə Azərbaycan arasında sülh prosesinin əleyhinədir. Həbsdə saxlanılan bu şəxs təkcə terrorizmi maliyyələşdirməkdə və beynəlxalq sərhədləri qanunsuz keçməkdə deyil, həm də mütəmadi şəkildə Azərbaycana qarşı zorakılığın təbliği ilə sülh prosesinə təxribat etməkdə ittiham olunur.

 

Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən olan “Jerusalem Post” qəzetində dərc olunmuş “Rəisinin ölümü Azərbaycan və Ermənistan münasibətlərinə necə təsir edəcək” sərlövhəli məqaləsində yazıb.

 

Qeyd olunub ki, bu yaxınlarda vertolyot qəzasında həlak olmuş İran prezidenti Rəisinin ölümü və erməni separatçısı Vardanyanın siyasi arenadan getməsindən sonra İranda siyasi proseslər fərqli istiqamətdə cərəyan edəcəyi təqdirdə Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ehtimalı istisna olunmur. Müəllif həmçinin iranlıların erməni kilsəsindən erməni dini və milli hisslərini qızışdırmaq və Dağlıq Qarabağın tamamilə ilhaqı çağırışlarını gücləndirmək üçün istifadə etdiyinə dair şübhələrini də ortaya qoyur.  Onun fikrincə, kilsə açıq şəkildə Ermənistan hökumətinin qərarlarına qarşı çıxır və müxalifətçi qismində hərəkət edir.

 

Həmçinin diqqətə çatdırılıb ki, Qarabağdakı separatçı rejimin dövlət naziri vəzifəsini tutmaqla yanaşı, erməni terror qruplarının maliyyələşdirilməsində böyük pay sahibi olmuş Ruben Vardanyan indiki hakimiyyətə qarşı çıxır. Müharibədən sonra Qərbin sanksiyalarından yayınmaq və sərvətini xilas etməyə niyyəti ilə Rusiyadan qaçan Vardanyan iranlılarla ruslar arasında əlaqə yaradan vacib bənd olub.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.jpost.com/opinion/article-804052

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?