Modern.az

Marneulidəki \"Şahmat Klubu\"nun  yetirmələri daha bir uğura imza atıblar

Marneulidəki \

6 İyun 2024, 13:38

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) üzvləri Tbilisidə keçirilən Gürcüstan Şahmat Federasiyasının dərəcə yarışlarında 5-ci dərəcədə uğurla çıxış ediblər.

 

Rəvan Mamedov 5-ci dərəcənin böyük yaş qrupunda 7 mümkün baldan 6 bal toplayaraq 1-ci yerə layiq görülüb və 4-cü dərəcədə  oynamağa vəsiqə qazanıb. Hüseyn Ümid Əliyev 5-ci dərəcənin kiçik yaş qrupunda 5 bal toplayaraq 3-cü yerə layiq görülüb və 5-ci dərəcənin ikinci mərhələsində oynamağa vəsiqə qazanıb. Hüsəynəli Allahverdiyev 5-ci dərəcənin böyük yaş qrupunda 4,5 bal toplayaraq 5-ci dərəcənin ikinci mərhələsinə yüksəlib.

 

Qeyd edək ki, bu Hüseyn Ümid Əliyev və Hüsəynəli Allahverdiyevin Gürcüstan Şahmat Federasiyasının təşkil etdiyi dərəcə yarışında ilk çıxışları idi. Bundan əvvəl daha bir şahmatçımız Renat Əsgərov 5-ci dərəcə yarışlarını uğurla başa vurub və 4-cü dərəcə yarışlarında çıxış etmək hüququ qazanıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı