Modern.az

Yaponiyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib - FOTO

Yaponiyada yaşayan Azərbaycan icması ilə görüş keçirilib - FOTO

Diaspor

10 İyun 2024, 10:52

Tokio şəhərində Yaponiyada yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

 

Azərbaycan və Yaponiyanın Dövlət himnləri ilə başlayan tədbirdə ölkəmizin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Modern.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gursel İsmayılzadə görüş iştirakçılarını salamlayaraq, bu ölkədə yaşayan Azərbaycan icmasının bir araya gəlməsinin əlamətdar hadisə olduğunu bildirib. Qeyd edib ki, həm Dövlət Komitəsi, həm də səfirlik hər zaman soydaşlarımızı dinləməyə və onları maraqlandıran sualları cavablandırmağa hazırdır.

 

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər Vətən müharibəsindən sonra Azərbaycan diasporu qarşısında yeni hədəflərin dayandığını, bu toplantının həmin hədəflərə çatmaq yolunda mühüm addım olduğunu vurğulayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor siyasəti, gerçəkləşdirilən irihəcmli layihələr, o cümlədən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri, komitənin xarici ölkələrdə təşkil etdiyi ixtisaslaşmış forumlar və s. haqqında ətraflı məlumat verib. Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan komitə sədri dünya azərbaycanlılarının, o cümlədən Yaponiyadakı icmamızın azərbaycançılıq ideologiyasına sadiq qaldıqlarını, Azərbaycan həqiqətlərinin təbliğində fəal iştirak etdiklərini qeyd edib. Çıxışının sonunda diaspor fəaliyyətində xidmətlərinə görə Xəlil Kələntərə və Minarə Şükürovaya təşəkkürnamələr təqdim edib.

 

Görüş icma üzvlərini maraqlandıran sualların cavablandırılması və gələcək planlar haqqında fikir mübadiləsinin aparılması ilə başa çatıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?