Modern.az

Mais Nuriyevin yaradıcılıq gecəsi İtaliya mətbuatında

Mais Nuriyevin yaradıcılıq gecəsi İtaliya mətbuatında

Diaspor

12 İyun 2024, 12:07

İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milanda "Aida" və "Orizon" Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyevin yaradıcılıq gecəsi İtaliya mətbuatının diqqət mərkəzində olub.

 

Tanınmış xoreoqrafa həsr olunmuş tədbir haqqında məlumat verib, sənətkara olan böyük sevgi və hörməti işıqlandırıblar:

 

//www.rete55.it/news/busto-grazie-maestro-spettacolo-a-sorpresa-al-manzoni/; //x.com/rete55_tv/status/1799155762695905476.

 

Xatırladaq ki, Mais Nuriyevin mayın 31-də Milan şəhərində keçirilmiş yaradıcılıq gecəsində tanınmış sənəd adamları, soydaşlarımız, yerli ictimaiyyət, eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak ediblər. 

 

Qeyd edək ki, yaxın zamanlarda “Vətən uzaqda deyil” verilişində Mais Nuriyevin həyat və fəaliyyətindən danışılacaq, yaradıcılıq gecəsi tamaşaçılara təqdim olunacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır