Modern.az

“Sarvan” Folklor Ansamblı Gürcüstanı Türkiyədə təmsil edib - FOTO

“Sarvan” Folklor Ansamblı Gürcüstanı Türkiyədə təmsil edib - FOTO

Diaspor

13 İyun 2024, 10:20

Gürcüstanda “Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən “Sarvan” Folklor Ansamblı İstanbul şəhərində 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak edib.

 

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları Baş İdarəsinin (YTB) və Türk Dünyası Araşdırmaları Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən festivala Gürcüstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başkürdüstan, Qaqauziya, Kırım, Yakutiya, Tatarıstan, Tuva, Bolqarıstan, Kabarda-Balkar, İrak, Axıska və Şərqi Türkistan’dan 250-dən çox uşaq qatılıb.

 

Festivalda Türk Dünyası Araşdırmaları Fondunun rəhbəri Gözhan Yazqan, İstanbul şəhər Gənclər və idman idarəsinin rəhbəri Muhittin Özbay, İstanbul Milli Təhsil şöbəsinin rəhbəri Dr. Mücahit Yentürk, İstanbul Valisinin müavini Məhmət Sülün, Samsun Millət vəkili və MHP Gənəl başqan müavini Prof. Dr. İlyas Topsakal və Moldova’ya bağlı Qaqauziya Muxtar Respublikasının Mədəniyyət naziri Marina Semionova və başqaları çıxış ediblər.

 

Sonra Türk dünyasının dörd bir tərəfindən gəlmiş 250-dən çox uşaq, öz ölkələrinin mədəniyyətini, incəsənətini və milli musiqisini təqdim edib.

 

Festivalda Cəmilə Səttarqızının rəhbərliyi altında Gürcüstanı təmsil edən “Sarvan” Folklor Ansamblı Azərbaycan milli musiqilərini və xalq rəqslərini ifa ediblər. Rəqslər iştirakçılar tərəfindən coşquyla qarşılanıb.

 

Daha sonra İstanbul şəhər valisi Davut Gül festivalda iştirak edən qrupların rəhbərləri ilə görüşüb, onlara festivalda iştirakı üçün təşəkkürünü bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır