Modern.az

“Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş

“Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş

Diaspor

23 İyun 2024, 21:52

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Odessa şəhərində ölkəmizin diaspor nümayəndələri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, “Azərbaycan Evi”ndə keçirilən görüşün əsas məqsədi diaspor təşkilatlarının regionda fəaliyyəti ilə tanış olmaq, onların üzləşdiyi problemləri müzakirə etmək, gələcək hədəfləri müəyyənləşdirməkdir.

 

Azərbaycanın milli maraqlarının müdafiəsi naminə birgə fəaliyyətin vacibliyini vurğulayan səfir S.Mərdəliyev bildirib: “Bu gün qalib ölkənin diaspor fəalları kimi qürurlusunuz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Odessada yaşayan həmvətənlərimiz də yeni çağırışlara cavab olaraq öz fəaliyyətini qurmalıdır.

 

Bütün ölkələrdə olduğu kimi, Ukraynada da diaspor üzvləri həmişə Azərbaycan dövlətinin dəstəyini hiss edib. Müharibə şəraitinə baxmayaraq, Odessada yaşayan həmvətənlərimiz fəaliyyətlərini davam etdirirlər”.

 

Sonra diaspor nümayəndələrinin çıxışları və təklifləri dinlənilib. Müzakirələrin sonunda səfir səsləndirilən təklif və tövsiyələrin müvafiq qurumlara çatdırılacağını, lazımi qərarların qəbul ediləcəyini söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var