Modern.az

Macarıstanda Hun-Türk Qurultayı - FOTO 

Macarıstanda Hun-Türk Qurultayı - FOTO 

Diaspor

12 Avqust 2024, 17:43

Macarıstanın Buğac şəhərində Hun-Türk Qurultayının rəsmi açılış mərasimi keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, Qurultayda Azərbaycanı Komitənin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu təmsil edib.

 

Macarıstan parlamentində baş tutan mərasimi vitse-spiker Sandor Lezsak açaraq tədbirin Türk dünyasında birliyin və bərabərliyin yaradılmasına əvəzsiz töhfələr verdiyini qeyd edib.

 

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, TÜRKPA-nın Baş katibi Mehmet Sureyya Er, TÜRKSOY-un rəhbəri Sultan Raev, Qazaxıstanda fəaliyyət göstərən Türk Akademiyasının rəhbəri, akademik Şahin Mustafayev, Özbəkistan və Qazaxıstanın mədəniyyət nazirlərinin müavinləri çıxışlarında Türk dünyasında birlik və bərabərliyin önəminə toxunublar.

 

Azərbaycan nümayəndə heyəti adından çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev bu mühüm tədbirin Türk dünyası üçün əhəmiyyətindən danışıb, çıxışını çuvaş türklərinin maraqlı bir ifadəsi ilə tamamlayıb: “Var olmuşuq, varıq, var olacağıq”.

 

Üç gün davam edən və 3 mindən çox insanın qatıldığı Qurultayın tarixində ilk dəfə Azərbaycan çadırının qurulması, qədim xalçalarımızın sərgilənməsi, xalq və aşıq sənətinin, həmçinin milli rəqslərimizin təqdim olunması böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, iki ildən bir təşkil olunan Hun-Türk Qurultayının keçirilməsində məqsəd türk xalqları və onların diaspor təşkilatları arasındakı birliyin daha da möhkəmləndirilməsidir.

 

1370366

1370367

1370368

Whatsapp
Bizə yazın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ