Modern.az

Ukraynada oğurlanan azərbaycanlı ilə bağlı AÇIQLAMA

Ukraynada oğurlanan azərbaycanlı ilə bağlı AÇIQLAMA

Diaspor

30 Aprel 2025, 15:50

Ukraynın Odessa şəhərində yaşayan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov oğurlanıb. 1972-ci il təvəllüdlü diaspor nümayəndəsi aprelin 16-dan itkin düşüb. Polisin müşahidə kameralarındakı görüntülərdən onu iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək aparıldığı qeydə alınıb.

Modern.az hadisə ilə əlaqədar Ukrayndakı diasporla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib ki, hələlik hadisə ilə bağlı yeni təfərrüatlar polis tərəfindən açıqlanmayıb:

"Hadisə ilə bağlı araşdırma aparılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək. Araşdırma aparıldığı müddətdə hər hansı açıqlama yoxdur. Polis bu işlə ciddi məşğuldur. İnşallah, ümid edirik problem müsbət həllini tapacaq".

Qalib Osmanlı iş adamının ailəsinə Odessada olan soydaşlarımızın və diaspor fəallarının dəstək olduqlarını qeyd edib.

"Nəticəni deyəcəyik, görək nə olur?", - o deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı