Modern.az

Şahin Şıxlinski sərbəst BURAXILDI

Şahin Şıxlinski sərbəst BURAXILDI

Diaspor

2 İyul 2025, 00:20

Yekaterinburqda fəaliyyət göstərən “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski sərbəst buraxılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, diaspor təşkilatının rəhbəri bu dəqiqlərdə azad edilib.

Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi saytımıza təsdiqləyib.

Şahin Şıxlinski İstintaq Komitəsində şahid qismində dindirilib.

Qeyd edək ki, diaspor təşkilatının sədri və oğlu Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən zor tətbiq edilərək saxlanılıb. Onların avtomobilinin şüşələri çəkiclə sındırılıb.

Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski daha sonra sərbəst buraxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu