Modern.az

Xankəndidə diaspor gəncləri idmançılarla görüşdü - FOTOLAR

Xankəndidə diaspor gəncləri idmançılarla görüşdü - FOTOLAR

Diaspor

8 Avqust 2025, 13:47

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində növbəti görüş təşkil olunub. Bu dəfə düşərgə iştirakçıları Azərbaycanın tanınmış idmançıları və idman jurnalistləri ilə bir araya gəliblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, tanınmış idman jurnalistləri Gündüz Abbaszadə və İlkin Xəlilovun moderatorluğu ilə keçirilən görüşdə paraatlet Lamiyə Vəliyeva, güləşçilər Rafiq Hüseynov və Mariya Stadnik iştirak ediblər.

İdmançılar görüş zamanı şəxsi təcrübələrini bölüşüb, gənclərin suallarını cavablandırıblar. Onlar əldə etdikləri nailiyyətlərdən danışaraq, uğur qazanmaq üçün intizamlı çalışma və məqsədyönlü inkişafın vacibliyini vurğulayıblar. İdmançıların tövsiyələri düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb və panel müzakirələrlə davam edib.

Qeyd edək ki, avqustun 3-dən 9-dək Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub. Düşərgədə 61 ölkədən 128 gənc iştirak edir. Əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçında təşkil olunub, indiyədək 60-dan çox ölkədən 700-dən artıq gənc bu layihəyə qatılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir