Modern.az

Baş nazir nəqliyyat nazirinə görə istefa verir

Baş nazir nəqliyyat nazirinə görə istefa verir

Dünya

8 Aprel 2016, 11:41

Qırğızıstanın baş naziri Temir Sarıyev bu gün ölkə prezidenti Almazbəy Atambayevə istefa ərizəsini təqdim edəcək.

Modern.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, buna səbəb Sarıyevin hökumət üzvlərindən biri ilə mübahisəsi olub. 

Ölkə jurnalistləri Temir Sariyevin nəqliyyat naziri Arqınbəy Malabayevlə mübahisə etdiyini və iclas zamanı aralarında söz davasının olduğunu yazır.  

Məlumata görə Malabayevin ölkədəki yol tikintisi zamanı Çin şirkətlərinin tenderlərdə qalib gəlməsinə yardım etməsi baş naziri qəzəbləndirib.

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər