İŞİD qruplaşması ötən gün Dəməşq yaxınlığında oğurladığı “Al Badfia Cement” şirkətinin 300 işçisindən 175-ni edam edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, işçilər güllələnərək edam olunub.
İŞİD qruplaşması yerli əhalini qorxu altında saxlamaq üçün tez-tez kütləvi edamlardan isitfadə edir. Sonuncu dəfə yanvar ayında Deyr-Əz-Zor şəhərində 280 nəfər edam olunmuşdu.
Vüqar İsmayılov