Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan ölkə iqtidarını Qarabağdakı döyüşlərlə bağlı sərt tənqid edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Zurabyan ölkə rəhəbrliyinin 20 il ərzində cəbhə xəttində lazımi möhkəmləndirmə işlərini görmədiyi üçün ordunun böyük itkilər verdiyini və rəsmi Bakınin hərbi texnologiya baxımından onları çox üstələdiyini deyib.
“Mən qarşıda sual doğuran bir neçə məsələni önə çəkməliyəm. Sual yaranır: dövlət son 20 ildə hansı işlə məşğul olub? Biz cəbhə xəttinin lazımi formada möhkəmləndirilmədiyini necə anlamalıyıq? Nə üçün son 20 ildə bu sahədə işlər görülməyib? Nə üçün texnoloji baxımdan Azərbaycandan geri qalırıq? Nə üçün bizim düşməni müşahidə edən pilotsuz təyyarələrimiz olmadı?”.
Zurabyanın fikrincə, hərbi postlar sonuncu texnoloji naliyyətlər əsasında möhkəmləndirilsəydi, Ermənistan ordusu bu qədər itki verməzdi.
Vüqar İsmayılov