Tailand hökuməti sükan arxasında içkili vəziyyətdə yaxalanan sürücülərin işləmək üçün meyitxanaya göndərilməsini düşünüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu məcburi əməyə cəlb etmə kimi cəzanın tərkib hissəsi kimi tətbiq ediləcək.
İdeya bundan ibarətdir ki, sürücülər avtomobili içkili vəziyyətdə idarəetmənin faciəli nəticəsini gözləri ilə görüb düşünsünlər. Tailandda hazırda qaydaları pozanları ya ağac qırmağa, ya da küçə süpürməyə göndərirlər.Məlumatda qeyd edilir ki, Tailand yollardakı qırğınlara görə Asiyada birinci yerdədir. İçkili vəziyyətdə törədilən qəzalar zamanı ölənlər bu ölkədə 26 faiz təşkil edir.
Modern.az