Səudiyyə Ərəbistanında “Əl-Şabab” və “Əl-Kadisiya” futbol klubları arasında keçirilən oyun qapıçılardan biri Valid Abdullanın saçına görə dayandırılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, qapıçının saç düzümü İslam qanunlarına uyğun olmayıb.
Hakimin xahişindən sonra “Əl-Şabab”ın futbolçusunun saçının qırxılması qərara alınıb. Ev sahibi olan klubun nümayəndələri qayçı ilə Validin saçını qaydaya salıblar. O, bundan sonra meydançaya qayıdıb.
Modern.az