Modern.az

İŞİD xristianlardan 1000 dollarlıq vergi toplayır

İŞİD xristianlardan 1000 dollarlıq vergi toplayır

Dünya

11 Aprel 2016, 12:13



İŞİD qruplaşması nəzarətdə saxladığı ərazilərdə yaşayan xristianlara qarşı repressiyaları davam etdirir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma üzvləri “İslam dövləti”nin paytaxtı Rakka şəhərində yaşayan xristianlara şəhəri tərk etmək üçün icazə verib.

Lakin bunun üçün Rakka xristinaları adambaşına 100 dollar vergi ödəməlidirlər.

Bu vergini toplamaq üçün İŞİD qruplaşması xüsusi vergi toplayan şəxslərdən ibarət xidmət yaradıb.

Ehtimal olunur ki, yaxın vaxtlarda Rakka şəhərinin azad olunması üçün geniş miqyaslı əməliyyat başlanacaq. Suriya ordusu cənub-qərbdən, kürdlər isə şərqdən Rakkaya hücum edəcəklər.

Vüqar İsmayılov      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər