Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə pensiya yaşının artırılması barədə sərəncam verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, pensiya yaşı 3 il artırılaraq 2022-ci ildə kişilər üçün 63, qadınlar üçün isə 58 yaşa bərabər olacaq.Sərəncamla 2017-ci il yanvarın 1-dən etibarən pensiya yaşı hər il 6 ay artırılacaq. Bundan əvvəl, ölkədə pensiya yaşı kişilər üçün 60, qadınlar üçün isə 55 idi.
Vüqar İsmayılov