Modern.az

Rusiyada polisə hücum edənlərin adları açıqlandı

  Rusiyada polisə hücum edənlərin adları açıqlandı

Dünya

11 Aprel 2016, 22:04

 

Bu gün səhər saat 10-da Stavropol vilayətinin Novoselitski rayonundakı polis bölməsinə hücum edən 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bunlar əvvəllər qətl və digər cinayətlər törətdikləri üçün mühakimə olunan həmin rayonun Kitaevski kənd sakinləri, 33 yaşlı Zaur Akaev, 25 yaşlı Ramazan Xaybualev və 20 yaşlı İsa Abdulatipovdur.

Onlar hücum çəkərək polis bölməsinə daxil olmağa cəhd göstərib, sonra isə özlərini partladıblar. Hadisə zamanı heç bir polis əməkdaşı yaralanmayıb. Partlayış nəticəsində binaya və ətrafdakı avtomobillərə ziyan dəyib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər