Suriyada İrandan olan 4 hərbçi ölüb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hərbçilərin ölümü İran hərbi qüvvələri dəstəsinin nümayəndəsinin hərbi məsləhətçi kimi Suriyaya göndərilməsindən bir həftə sonra bəlli olub.
Ölənlərdən birinin komandir Mosen Kitaslo olduğu bildirilir, qalanların adları açıqlanmır.
Əvvəllər İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi tərkibi Suriyaya göndərilib. Bu hissə sünni qruplaşmalarla döyüşlərdə xeyli itki verib.
Ekspertlər qeyd ediblər ki, Tehranın Suriyaya xüsusi dəstə yaraqlılarını yollaması Rusiya ilə fikir ayrılığına gətirib çıxara bilər.
Modern.az