Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyanın ZDF telekanalının aparıcısı Yan Bemermanı məhkəməyə verib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Maynts şəhər prokurorluğuna ərizə ilə müraciət edən Ərdoğan aparıcının efirdə onu təhqir edən şeir deməsinə görə şikayətçi olub.
Almaniya prokurorluğu məsələyə tam ciddiliyi ilə yanaşıb və aparıcıya qarşı “xarici ölkə başçılarının və orqanlarının təhqir olunması” maddəsi ilə cinayət işi açıb.
Əgər fakt təsdiqlənərsə, Yan Bemermanı 3 il qədər həbs yaxud böyük məbləğdə cərimə gözləyir.
Vüqar İsmayılov