Ermənistan prezidenti Serj Sərkisyan Milli Təhlükəsizlik Şurasını yenidən toplayıb. Modern.az saytı xəbər verir ki, bu barədə Sputnik Armeniya Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Ermənistan prezidenti Təhlükəsizlik Şurasının üzvləri ilə cəbhədə törətdikləri təxribatın nəticələrini müzakirə edib.
Qeyd edək ki, S.Sərkisyan aprelin 2-də cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırmışdı.
Modern.az