Böyük Britaniyanın mədəniyyət naziri Con Uittinqdeyl keçmişdə fahişə ilə əlaqədə olmasından danışıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir qadının fahişə olduğunu bilmədiyini etiraf edib.“2013-cü ilin avqustundan 2014-cü ilin fevralına qədər mən tanışlıq saytlarından birində qadınla tanış olmuşdum. O mənimlə eyni yaşa malik idi və yaxınlıqda qalırdı. Onun nə işlə məşğul olduğunu bilmirdim.
Yalnız təsadüfən mənimlə olan əlaqəsi barədə yerli qəzetlərə xəbər satmaq istəyərkən bunu bilmişəm. O qadınla əlaqəni dərhal kəsdim”.
56 yaşlı Uittinqdeyl 1 dəfə nikahda olub və 2 oğul atasıdır.
Britaniya mətbuatı nazirin etiraflarını “dramatik açıqlama” kimi dəyərləndiriblər.
Vüqar İsmayılov