İspaniyanın sənaye, energetika və turizm naziri Xoes Manuel Soriya postundan istefa verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir artıq hökumət rəhbəri Mariano Rahoya istefa ərizəsini təqdim edib.
Yerli mətbuat nazirin Panamada üzə çıxan ofşor sənədlərlə bağlı vəzifəsindən getdiyini yazır. Belə ki, Soriya ofşor zonada yaradılan “Mossack Fonseca” şirkətinin sahibi olub.
Xatırladaq ki, beynəlxalq araşdırmaçı jurnalistləri sıralarında birləşdirən “OCCRP” təşkilatı Panamada yaradılan ofşor sənədləri üzə çıxarmışdı. Bununla bağlı, İslandiyanın baş naziri postundan istefa verməli olmuşdu.
Vüqar İsmayılov