Modern.az

Putinlə Obama arasında telefon danışığı olub

 Putinlə Obama arasında telefon danışığı olub

19 Aprel 2016, 00:07

 

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Baraka Obama arasında telefon danışığı olub. Modern.az saytı Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

“ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında prezidentlər Suriyadakı böhranın həlli yollarını, atəşkəsə dair sazişi və müvafiq ərazilərə humanitar yardımın çatdırılması məsələlərini müzakirə ediblər”, - məlumatda belə deyilir.  

Kremlin məlumatınmda o da qeyd olunur ki, Obama şəxsən Putinə Suriyada əsirlikdə saxlanılan ABŞ vətəndaşı Dousun azad olunması ilə bağlı minnətdarlığını bildirib.    

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər