Modern.az

Rusiyada miqrantlara qarşı tələblər sərtləşdiriləcək

Rusiyada miqrantlara qarşı tələblər sərtləşdiriləcək

19 Aprel 2016, 17:44



Rusiya baş naziri Dmitri Medvedev Avropada miqrant böhranın yaranmasından sonra ölkəsində miqrasiya ilə bağlı qanunvericiliyin sərtləşdirilməli olduğunu deyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya baş naziri bu barədə Dövlət Dumasına 2015-ci ilin yekunları ilə bağlı hesabat verərkən deyib.

“Qeyd etmək istəyirəm ki, biz idarəolunmayan miqrasiyanın törətdiyi təhlükəni yaxşı anlayırıq. Bizim ən liberal miqrasiya qanunlarımız olub və Avropada baş verənlərdən sonra bu məsələyə daha sərt yanaşmalıyıq”.

Medvedev son illər 2 milyon miqrantın inzibati məsliyyətə cəlb olunduğunu, minlərlə cinayət işinin açıldığını deyib. Onun sözlərinə görə Rusiya Federal Miqrasiya Xidmətinin Rusiya Daxili İşlər Nazirliyinin tərkibinə daxil edilməsi məhz bu siyasətin davamıdır.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər