Modern.az

İran növbəti dəfə ballistik raket buraxılışını həyata keçirib

 İran növbəti dəfə ballistik raket buraxılışını həyata keçirib

19 Aprel 2016, 23:41


İran bu gün axşam saatlarında növbəti dəfə ballistik raket buraxılışını həyata keçirib. Modern.az saytı APA-ya istinaən xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.  

Məlumata görə, İran hərbçiləri ballistik raketin sınaq buraxılışını həyata keçiriblər. Raketin hansı tipdə olduğu barədə məlumat verilmir.

Raketin buraxılması faktı Rusiyanın Armavir və Orsk şəhərləri yaxınlığında yerləşən radiolokasiya stansiyaları (RLS) tərəfindən qeydə alınıb.  

Məlumata görə, Bakı vaxtı ilə 13.33-də qeydə alınan raket buraxılışı Səmnan poliqonundan həyata keçirilib. Raketin uğurla sınaqdan keçirildiyi qeyd olunur.  

“Hazırda rusiyalı mütəxəssislər sınaqdan keçirilən raketin tipini və mümkün xüsusiyyətlərini müəyyənləşdirməyə çalışırlar”, - deyə nəşr qeyd edib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər