Modern.az

İrəvanda avtobus partlayıb: 2 ölü, 8 yaralı, video

 İrəvanda avtobus partlayıb:  2 ölü, 8 yaralı, video

25 Aprel 2016, 23:31

 

İrəvanın mərkəzində sərnişin avtobusunun partlaması nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Modern.az saytı “RİA Novosti”yə istinadən  xəbər verir ki, bu barədə Ermənistan FHN-nin mətbuat xidməti məlumat yayıb. İnsident barədə məlumat 21.51-də (Bakı vaxtı ilə eynidir) daxil olub.

Avtobusun Alabyan küçəsində partladığı bildirilir. Hadisə yerinə Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub. İnsidentin  digər təfərrüatları barədə hələlik məlumat verilmir. İnsidentin  digər təfərrüatları barədə hələlik məlumat verilmir.  

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər