ABŞ prezidenti Barak Obamanın böyük qızı Maliya 2017-ci ilin oktyabr ayından Kembric şəhərində yerləşən prestijli Harvard Universitetində təhsil almağa başlayacaq. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu haqda Ağ ev məlumat yayıb.
“Prezident və birinci ledi Mişel Obama bu gün elan ediblər ki, onların qızı Maliya 2017-ci ilin oktyabr ayında Harvard Universitetində oxumağa başlayacaq”, - məlumatda bildirilir.
17 yaşlı Maliya məktəbi bu il yazda bitirəcək.
Dövlət başçısı bundan əvvəl bəyan edib ki, prezidenlik müddəti başa çatandan sonra bir neçə il ABŞ-ın paytaxtında yaşayacaq.
Modern.az