Modern.az

Fransalı jurnalist İŞİD-dən film çəkdi

Fransalı jurnalist İŞİD-dən film çəkdi

2 May 2016, 10:32



İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının sıralarına daxil olan fransalı jurnalist onların düşərgələrindəı baş verənləri gizli kamera ilə çəkməyə nail olub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, 3 ay müddətində Fransada törədilən terror aktına hazırlığın da şahidi olub.

Said Ramzi təxəllüsündən istifadə edən jurnalist deyib ki, onun məqsədi gənc ekstremistlərin nə düşündüklərini öyrənmək idi. Onun sözlərinə görə, terrorçuların fəaliyyətlərində İslam dininin əlamətlərini, yaxud dünyada vəziyyəti yaxşılaşdırmaq əlamətlərini görməyib.

O, iddia edir ki, İŞİD-ə qoşulanlar arasında aldanmışlara, manipulyasiyaya asanlıqla uyanlara, hətta intihara meylli gənclərə də rast gəlib.

Ramzinin sözlərinə görə, terrorçularla əlaqəyə sosial şəbəkə vasitəsilə girib. O, yaraqlıların düşərgəsinə yerləşəndə isə bir dəfə gecə klubuna basqın planı alıb, ancaq bu hücumu reallaşdıracaq qrup fəaliyyətə keçməzdən öncə həbs edilib.

Onun İŞİD-lə bağlı hazırladığı sənədli filmin premyerası mayın 2-də olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər