Modern.az

Merkeldən baş nazirə TƏKLİF: “NATO-ya üzv olun”

Merkeldən baş nazirə TƏKLİF:  “NATO-ya üzv olun”

Dünya

2 May 2016, 12:22

Almaniya kansleri Angela Merkel 2015-ci ilin martında Yaponiyaya səfər edərkən baş nazir Sintze Abeyə “gündoğan” ölkənin NATO-ya üzv olmasını təklif edibmiş.

Modern.az xəbər verir ki, Yaponiyanın “Yomiuri” qəzetinin yazdığına görə Almaniya kansleri “gündoğan” ölkəyə hər cür yardım etməyə hazır olduğunu deyib.

“Sintze, nə üçün Yaponiya NATO-ya üzv olmasın? Mən Britaniya baş naziri Devid Kemeronu və Fransa prezidentini buna razı sala bilərəm”.

Yaponiya mətbuatının məlumatına görə Abe bu məsələni gələcəkdə müzakirə edə biləcəklərini deyib. Bununla belə, nazir NATO-ya üzv olacaqları təqdirdə Rusiya ilə mübahisəli Kuril adalarının qaytarılması ilə bağlı danışıqlarının kəsiləcəyindən qorxduğunu deyib. 

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər