Modern.az

Məşhur alpinistlərin cəsədləri 16 il sonra tapıldı

Məşhur alpinistlərin cəsədləri 16 il sonra tapıldı

2 May 2016, 13:38

Himalay dağlarında 16 il bundan öncə  qar uçqunu altında qalmış iki amerikalı alpinistin cəsədi tapılıb.

Modern.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə,1999-cu ildə Tibetin 8,013 metrlik Şişapanqma zirvəsinə dırmaşan zaman uçqun altında qalmış dünya şöhrətli amerikalı alpinistlər Aleks Love və alpinist-operator David Bridgesin cəsədləri aşkar olunub.

Aleks Lovenin xanımı Jennifer Love Anker hər iki alpinistin eyni vaxtda uçquna düşərək öldüyünü bildirib. Cəsədlərin buzun içində qaldığı bildirilir.

16 il bundan öncə baş vermiş uçquna səbəb kimi alpinistlərin zirvəyə dırmandığı zaman qəfildən hava şəraitini pisləşməsi və güclü tufanlı çovğunun başlaması göstərilir.

40 yaşında ölən Aleks Love nəslinin ən yaxşı alpinistlərindən biri kimi tanınırdı. O, digər bir neçə alpinisti xilas etdiyindən alpinizm sahəsində çox məhşur olub.

 29 yaşlı operator Bridges yaxın dostu Love ilə dünyanın ən hündür 14-ci zirvəsi olan Şişapanqma dağına dırmaşırdı.

Alpinistlərin cəsədlərinin bu günlərdə buzlaqdan çıxarılması planlaşdırılır.


Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər