Modern.az

UEFA-ya yeni üzv qəbul olundu – QALMAQAL

UEFA-ya yeni üzv qəbul olundu – QALMAQAL

Dünya

3 May 2016, 15:33

Avropa Futbol Federasiyaları Assosiasiyasının Konqresi Kosovo Futbol Federasiyasının quruma üzvlüyünə müsbət cavab verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Konqresin Buxarestdə keçirilən iclasında 28 ölkə Kosovonun üzvlüyü lehinə, 24 ölkə əleyhinə səs verib.

2 ölkənin verdiyi səs isə qeyd alınmayıb. Bununla da, Kosovo UEFA-nın 55-ci üzvü olub.

UEFA-dan sonra FİFA da mayın 11-13-ü tarixlərində Meksikada keçirəcəyi iclasda bu ölkənin üzvlüyü məsələsinə baxacaq.

Kosovo respublikası 2008-ci ilin fevralında müstəqilliyini elan edib. Onun müstəqilliyini 100-dən artıq ölkə tanıyıb.

Vüqar İsmayılov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər