Modern.az

"Atletiko" Çempionlar Liqasının ilk finalçısı oldu - VİDEO

"Atletiko" Çempionlar Liqasının ilk finalçısı oldu - VİDEO

4 May 2016, 09:27


Ötən gecə UEFA-nın Çempionlar Liqasında yarımfinal mərhələsinin bir cavab oyunu keçirilib.

Modern.az-ın məlumatına görə, ilk finalçı müəyyənləşib

Almaniya "Bavariya"sı evdə Madridin "Atletiko" klubunu qəbul edib. İspaniyada rəqibinə 0:1 hesabı ilə uduzan Münhen təmsilçisi doğma azarkeşləri önündə 2:1 hesabı ilə qalib gəlsə də, bu qələbə onların mərhələ adlamasına kifayət etməyib. İki oyunun nəticəsinə görə finala "Atletiko" yüksəlib.

Qeyd edək ki, bu keçiriləcək "Real" - "Mançester Siti" görüşündən sonra digər finalçı da bəlli olacaq.  

"Bavariya" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1 
Qollar:
Xabi Alonso, 31 (1:0), Antuan Qrizmann, 54 (1:1), Robert Levandovski, 74 (2:1)
İlk oyun - 0:1

 4 may

22:45."Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə)
İlk oyun - 0:0

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər