Respublikaçı namizəd Donald Trump ABŞ-ın İndiana ştatında keçirilən seçkilərdə qələbə qazanıb, onun əsas rəqibi Ted Kruz isə birdəfəlik geri çəkilib.
Modrern.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, İndiana ştatında Trampın qələbəsindən sonra Respublikaçılar Partiyasında ona ən böyük rəqib olan Texas Senatoru Ted Cruz namizədlik yarışından əl çəkib.
Ted Kruz qərarını açıqlayarkən "biz əlimizdən gələn hər şeyi etdik. Ancaq seçici başqa bir yolu seçdi" deyə bildirib.
Trump isə təriflədiyi Ted Kruz haqqında "gələcəyi parlaq, çox sərt və ağıllı bir rəqib” olduğunu söyləyib.
Trump İndianda böyük qələbə qazandığını vurğulayaraq, artıq hədəfinin Demokratlar Partiyasından əsas rəqibi Hillari Klintonu məğlub etmək olduğunu deyib
Donald Tramp bəyan edib ki, noyabrda qələbə əldə edəcək və böyük qalibiyyətidən sonra hər şeydən əvvəl Amerika gələcək.
Qeyd edək ki, bir müddət öncə Ted KruzTrumpın seçiləcəyi halda ABŞ-ın cəhənnəmə girəcəyini söyləmişdi.
İndiana ştatındakə son seçkilərdə Ted Kruz səslərin 37 faizini, Tramp isə 53 faizini toplayıb.
İndianada Demokratların seçkisində Vermont Senatoru Berne Sanders qalib gəlib. Seçkilərdə 53 faiz səs toplayan Sanders rəqibi Hillari Klintonu 6 xal fərqi ilə geridə qoya bilib.
Ağa AKİFOĞLU