Modern.az

Deputat özünü öldürdü

Deputat özünü öldürdü

4 May 2016, 11:05


Xakasiya Respublikası Ali Sovetinin deputatı Aleksandr Krasnoslobodsev intihar edib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, hazırda respublikanın hüquq-mühafizə orqanları onun özünü öldürməsinin səbəblərini araşdırır.

Mayın 1-də Rusiya İstintaq Komitəsinə Xakasiyadan daxil olan məlumatda Yenisey çayının Sayanqorsk rayonu, Reçnaya küçəsindən keçən ərazisində 36 yaşlı kişinin həyatına qəsd etməsi haqda məlumat daxil olub. Sonradan məlum olub ki, intihar edən şəxs adıçəkilən deputatdır.

Onun həyat yoldaşı və 3 yaşlı övladı ilə birgə yaşadışı bildirilir. Aleksandr Krasnoslobodsevin “Krasal” və “Anqarstroy” firmalarına rəhbərlik etdiyi, ancaq son zamanlar gəlir azaldığından maliyyə problemlərinin ortaya çıxdığı bildirilir. Ailədə hətta ailə başçısının işləməməsi ilə bağlı münaqişə yarandığı da vurğulanır.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər