Modern.az

Donald Tramp partiyasının alternativsiz namizədi olub

  Donald Tramp partiyasının alternativsiz namizədi olub

5 May 2016, 00:45

 

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, Ohayo ştatının qubernatoru Con Keysik seçki kampaniyasını dayandırıb. Modern.az saytı Qafqazinfo-ya istinadən xəbər verir ki, Keysik bu qərarı İndiana ştatında ilkin seçkilərdə məğlubiyyətindən sonra (üçüncü yer) verib.  

Qeyd edək ki, mayın 4-də ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Ted Kruz da seçki kampaniyasını dayandırıb.

Senator belə bir qərarı İndiana ştatındakı ilkin seçkilərdə məğlubiyyətindən sonra qəbul edib. Milyarder İndianadakı ilkin seçkilərdə 53,3 faizlə ən çox səs qazanıb. Belə olan halda Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub.      

 Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər