Modern.az

Pakistanda 16 yaşlı qızı diri-diri yandırdılar

 Pakistanda 16 yaşlı qızı diri-diri yandırdılar

5 May 2016, 21:28

 

Pakistanın şimalındakı Donqa Qali şəhərində xalq tayfa şurasının 15 üzvü bir-birini sevən cütlüyün valideynlərindən qaçmasına kömək etdiyinə görə 16 yaşlı qızı diri-diri yandırıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, anası polislərə deyib ki, onun qızı cütlüyə qonşu Makol kəndindən qaçmağa yardım edib. Bu isə mədəniyyət normalarının pozulmasıdır.

Nəticədə tayfa şurasının qərarı ilə qızın üzərinə benzin tökülərək yandırılıb. Bu qərarın hüquqi əsası olmadığından polis şuranın 15 üzvünü həbs edib. Onlar deyiblər ki, bu, “şərəf ölümü” adlanır.

2015-ci ildə bu səbəbdən 500-dən çox kişi və qadın öldürülüb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər