Türkiyə baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən çıxarılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün baş tutan qurultaydan sonra baş nazir mətbuat konfransı keçirərək 20 aylıq baş nazirlik dönəmindəki fəaliyyətinin hesabatını verib.
Bu arada Davudoğlunun vəzifədən getməsinə “Ağ Ev”dən də rəy verilib: “Türkiyə baş naziri Əhməd Davudoğlunun vəzifədən getməsinin ABŞ ilə Türkiyənin İŞİD terror təşkilatına qarşı əməkdaşlığına təsir edəcəyini düşünmürük. Davudoğlu ABŞ-ın yaxşı müttəfiqi idi”. Modern.az