İŞİD terror qruplaşması Liviyanın şərqində bir neçə rayonu ələ keçirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, terrorçular Əbu-Qreyn şəhəri və bir sıra xırda yaşayış məntəqələrini tutublar.
Nəşrin məlumatına görə, hücumdan əvvəl terrorçu-kamikadzelər partlayıcı maddələrlə yüklənmiş avtomobillərdə döyüş postlarını partladıblar. Zəbt edilən ərazilərdə yaraqlılar öz postlarını qurublar.
Hücumdan sonra şəhərdə üçü polis, dördü isə hərbi qulluqçu olmaqla, 7 nəfər edam edilib.
Modern.az