Modern.az

“Rusiya Yerevanı başqa ölkələrdən silah almağa qoymur”

“Rusiya Yerevanı başqa ölkələrdən silah almağa qoymur”

6 May 2016, 11:12

“Niyə Ermənistan bizə silah satmağa hazır olan Çin və İsraildən silah almır?”.

Modern.az saytı xəbər verir ki, bu sual Ermənistanın “Aykakan Jamanak” qəzetində ötən gün çıxan məqalədə verilib.

Qəzetin iddiasına görə, rəsmi Moskva Ermənistan rəhbərliyindən yalnız onlardan silah almağı tələb edib.

“Bu suallar müdafiə naziri Seyran Ohanyanın parlamentdə keçirdiyi qapalı görüş zamanı da müzakirə olunub. Xüsusən Rusiyadan 200 milyon dollar kredit qarşılığında alınan silahların gecikdirilməsi fonunda bu suallar verilirdi.

Məlumatımıza görə, Ohanyan dolayısı ilə deyib ki, Rusiya Ermənistanı başqa ölkələrdən silah almağa qoymur. Müdafiə naziri bundan sonra da yalnız Rusiya silahı alacaqlarını deyib”.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər