Modern.az

9 May günü terror planlaşdıranlar yaxalandı

9 May günü terror planlaşdıranlar yaxalandı

Dünya

6 May 2016, 16:28

Rusiya Federal Təhlükəsizlik Xidməti 9 May günü Krasnoyarsk şəhərində terror aktı planlaşdıran terror qrupunu zərərsizləşdirib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həbs olunanların Mərkəzi Asiya respublikalarının vətəndaşları olduğu bildirilsə də, onların şəxsiyyəti və saytları barədə geniş informasiya verilməyib.

Onların yaşadığı ünvanlarda partlaycı qurğuların və silah-sursatın aşkar edildiyi bildirilir.

Bundan əvvəl, Moskva polisi də Moskvada bayram günləri terror planlayan bir qrup terrorçu həbs etmişdi.

Vüqar İsmayılov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər