Leyboristlər Partiyasından namizəd Sadik Xan ilk müsəlman olaraq London meri seçkilərində qalib gəlib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Xan fəhlə ailəsində dünyaya gəlib.
Onun atası avtobus sürücüsü işləyib.
Seçkilərin qalibi özü isə insan haqları üsrə ixtisaslaşan hüquqşünasdir.
O, leyboristlərin kölgə kabinetində nəqliyyat naziri, lord-kansler, ədliyyə naziri və London işləri üzrə nazir olub. Sadik Xan Pakistan əsillidir.
Modern.az