Kolumbiyanın milli polisi Boqotanın “El-Dorado” hava limanında pasport nəzarətindən keçəndən sonra narkotik trafikindən gələn pulların yuyulmasında dünya lideri olan Nidal Vakeda Xatumanı saxlayıb.
Modern.az xarici mediaya istinadən bildirir ki, onun barəsində ABŞ-a ekstradasiyası ilə bağlı order var.
İstintaqın versiyasına görə, o, narkotik ticarətindən əldə edilən vəsaitin leqallaşdırılması üçün nəhəng kommersiya konqlomeratı yaradıb. Xatumanın Floridaya ekstradasiya ediləcəyi gözlənilir. Onun ABŞ-da 50 il azadlıqdan məhrum edilmə təhlükəsi var.
Modern.az