İngilis iş adamı xanım Michelle Mone Vyetnamda çıxılmaz vəziyyətə düşüb. Yüzlərlə insanın gözü qarşısında balacaboy birini uşaq zənn edərək qucağına alan xanıma müraciət edən başqa bir qadın əsəbi halda bağırıb:"Mənim ərimi yerə qoyun. O ki, uşaq deyil"...
İş adamının başına yğışan kütlə bir anlıq sükuta qərq olub. Sonra isə... insanlar yıxılana qədər gülüblər...
Sən demə, iş adamı vyetnamlılara simpatiyasın nümayiş etdirmək üçün 46 yaşlı kişini 6 yaşlı uşaq zənn edərək qucağına götürüb...
***
Kral selfinin güdazına getdi...
Selfi çəkmək bəzən ağlasığmaz hadisələrə səbəb olur. Belə hallardan biri haqqında Independent xəbər yayıb. Adı açıqlanmayan 24 yaşlı turist 126 il öncə Portuqaliya kralı Dom Sebastiaya qoyulmuş abidəni yerlə bir edib. Turist heykəlin yanına dırmaşmaq istəyərkən abidə gəncin ağırlığına dözməyərək üzü üstə yerə çırpılıb.
Heykəlin tikə-parça olduğunu görən gənc aradan çıxmaq istəyib. Amma polis onu yaxalamağa müvəffəq olub...
Yeri gəlmişkən, Kral Dom Sebastiao Səlib Yürüşləri zamanı müsəlmanlar tərəfindən öldürülüb...
***
Nələr olur bu dünyada...
Elbəyi Həsənli