Yaraşıqlı aktyor Brad Pitt ilə gözəl aktrisa Marion Cotillardın bir müddətdir eşq yaşadığı irəli sürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, kino dünyası yeni bir xəyanət iddiası ilə çalxalanır. Bu xəbərlərin hədəfində isə Hollivudun ən etibarlı cütlüyü var.
İddiaya görə, tam 11 ildir Ancelina Coli ilə birlikdə olan 52 yaşlı Brad Pitt məşhur aktyoru, Oskar mükafatı laureatı Marion Cotillard ilə aldadır.
Məlumatda qeyd edilir ki, Brad Pitt ilə 40 yaşlı fransız ulduz noyabr ayında televizyalarda göstərilməyə başlanacaq “Allied” filmində baş rolu bölüşür. Oskar mükafatı laureatı Robert Zemeckisin rejissoru olduğu, ssenarisini isə Stiven Knight qələmə aldığı film İkinci Dünya Müharibəsindən bəhs edir.
Modern.az