Türkiyənin Diyarbəkir şəhərində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Diyarbəkir valisi administrasiyasının məlumatında bildirilir: “Diyarbəkirin Bağlar rayonunda saxlanılan PKK terrorçularını həkim müayinəsinə aparan mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 12-si polis və 33-ü mülki şəxs olmaqla 45 nəfər yaralanıb, onlardan üçü sonradan xəstəxanada keçinib”.
Qeyd edək ki, hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
Modern.az