Modern.az

Sarkozinin qaynanasından gözlənilməz ADDIM

Sarkozinin qaynanasından gözlənilməz ADDIM

11 May 2016, 11:14


Fransanın keçmiş prezidenti Nikola Sarkozinin qaynanası evində bir neçə qaçqını qəbul etməyi planlaşdırır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 86 yaşlı Mariza Bruni-Tedeski bunu humanizm xatirinə etdiyi bildirib.

“Almaniyadakı bir dostum da bu cür hərəkət edib. Kasıblıq okeanında bu bir damla olsa da, niyə də yox?”- deyə o əlavə edib.

Bundan başqa, Tedeski kürəkəni üçün siyasətin virusa çevrildiyini və onun 2017-ci ildə yenidən prezident seçilmə ehtimalının olduğunu deyib.

Vüqar İsmayılov    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər