Modern.az

Moskva Ukraynanın Milli Qəhrəmanını azad etdi

Moskva Ukraynanın Milli Qəhrəmanını azad etdi

Dünya

25 May 2016, 17:38

Ukrayanın Milli Qəhrəmanı, Rusiya məhkəməsi tərəfindən 24 il həbs cəzası almış Nadejda Savçenko azad olunub.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, ölkə prezidenti Pyotr Poroeşnkonun təyyarəsində vətəninə dönür. Onu Ukraynada məhkum olunmuş rusiyalı hərbçilər Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişiblər.

Savçenkonun təyyarəsi Rusiyadan Ukraynaya uçarkən paralel olaraq Ukraynadan Rusiyaya uçan təyyarə də rusiyalı hərbçiləri vətəninə gətirir.

Nadejda Savçenko 2014-cü ildə Donbasda rusiyalı jurnalistlərin ölümünə səbəb olmuş artilleriya atəşini yönləndirməkdə ittiham olunurdu. Rusiya məhkəməsinin hökmü ilə o, 22 il azadlıqdan məhrum edilmişdi.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi